"Zirə"də ŞOK ayrılıq: Hindistana üz tutdu

12:00 - 19 Avqust 2017

"Zirə"də gözlənilməz ayrılıq reallaşıb.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu əsas hücumçularından birini itirib. Haitili hücumçu Kervan Belfor Hindistanda yeni yaradılan "Jamşedpur" klubuna transfer olunub. Bu barədə  "Jamşedpur"un saytı məlumat yayıb. Forvard ilə 1 illik müqavilə imzalanıb.

 

25 yaşlı hücumçu yeni komandasına oktyabrda qoşulacaq. O, noyabrda start götürəcək Hindistan çempionatı ərəfəsində İspaniya və Tailandda təlim-məşq toplanışlarına qatılacaq.

 

Qeyd edək ki, Belfor iyunun 16-da "Zirə"yə transfer olunmuşdu.

Xəbər xətti