Rauf Əliyev "Kukesi"də debüt etdi

15:36 - 19 Avqust 2017

Milli komandamızın üzvü Rauf Əliyev Albaniyanın “Kukesi” klubunda ilk oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Makedoniyada təlim-məşq toplanışında olan son ölkə çempionu yerli “Labunişta” klubu ilə yoxlama matçı keçirib.

 

Aşağı liqa təmsilçisi ilə oyunda start heyətdə meydana çıxan Əliyev sona qədər mübarizə aparsa da, heç nə ilə yadda qalmayıb. Görüş “Kukesi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti