Mahmud Qurbanov: “Sumqayıt” mövsümün sürpriz komandası olacaq”

16:27 - 19 Avqust 2017

Azərbaycan millisinin məşqçisi Mahmud Qurbanov Sportal.az saytına açıqlama verib.
 
Mütəxəssis Azərbaycan Premyer Liqasının ilk turu barədə fikirlərini bildirib: “Bir turdan sonra nəsə demək düzgün olmazdı. Kimin zəif və ya güclü olduğunu müəyyənləşdirmək üçün vaxt lazımdı. Komandalar ən azı 3-4 oyun keçirməlidir. Ancaq “Qarabağ” və “Qəbələ”nin çempionluq üçün yarışacağıq indidən məlumdur. Fikrimcə, “Sumqayıt” mövsümün sürpriz komandası olacaq. “Səbail” yeni formalaşmış komandadır”.

 

Qurbanov millimizin baş məşqçisi Robert Prosineçkinin də bir neçə gündən sonra Azərbaycana gələcəyini deyib: “Matçlara baxırıq. Millinin üzvlərinə və digər futbolçulara nəzər yetiririk. Robert Prosineçki də 1-2 günə gələcək və oyunçularla bağlı son qərarı verəcək”.

Xəbər xətti