Renat Dadaşovun dublu "Ayntraxt"a qələbə qazandırdı

21:25 - 19 Avqust 2017

Almaniya Cənub Gənclər Bundesliqasında II turun oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Renat Ddaşovun çıxış etdiyi "Ayntraxt U-19" səfərdə "Auqsburq U-19"la qarşılaşıbvə 3:2 hesablı qələbə qazanıb. Start heyətində meydana daxil olan Dadaşov 2 qolla qələbəyə töhfə verib. O, qollarından birini 11 metrlik cərimə zərbəsindən vurub.  

 

Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 3-ə çatdıran “Ayntraxt” 7-ci pilləyə yüksəlib.

Xəbər xətti