Azərbaycanlı futbolçu İsveçdə növbəti qolunu vurdu

21:31 - 19 Avqust 2017

İsveç çempionatının 4-cü liqasında növbəti turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Orxan Həsənəliyevin şərəfini qoruduğu “Hesselbi” evdə “Bele Barkabarbi” ilə qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Həsənəliyev bu matça da start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının ilk qolunun müəllifi də Orxan olub. O, 55-ci dəqiqədə hesabı bərabərləşdirib.

 

Qeyd edək ki, “Hesselbi” 14 turdan sonra 19 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti