"Qəbələ"də ciddi itki

20:16 - 20 Avqust 2017

Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edir.

 

Sportal.az xəbər verir ki, matçın əvvəlində meydan sahiblərinin heyətində ciddi itki baş verib. Belə ki, "qırmızı-qaralar"ın müdafiəçisi İlqar Qurbanov zədələnib. Təcrübəli cinah müdafiəçisi oyunu davam etdirə bilməyib və onun əvəzinə meydana Tellur Mütəllimov daxil olub.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən qarşılaşmada hesab açılmayıb.

Xəbər xətti