Azarkeşlər Əliyar Ağayevə etiraz etdilər

23:08 - 20 Avqust 2017

Azərbaycan  Premyer Liqasının 2-ci turunda baş tutan “Qəbələ” – “Sumqayıt” (1:0) oyunundan sonra gərgin anlar yaşanıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra hakim idarəçiliyindən narazı qalan yerli azarkeşlər qarşılaşmanın baş hakimi Əliyar Ağayevə etiraz ediblər.

 

Onlar referiyə oyunu düzgün idarə etməyini istədiklərini bildiriblər. Ağayev cavabında düzgün idarəçilik etdiyini bildirib.

 

Tərəflər arasında yaşanan insidenti mühafizəçilər və klub rəsmiləri sakitləşdirib.

Xəbər xətti