Araz Abdullayev Kiprdə rəsmi debüt etdi

00:00 - 21 Avqust 2017

Kipr çempionatında 2017/18 mövsümünə start verilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin yenicə müqavilə imzaladığı "Anortosis" də ilk matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Nea Salamis"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Araz da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 83-cü dəqiqədə əvəzlənib.

Xəbər xətti