Pavel Paşayev "Karpati"yə qarşı oynadı

00:15 - 21 Avqust 2017

Ukrayna çempionatında 6-cı turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə "Karpatı" ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 4 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti