Mahmudov "Boavişta"ya lazım olmadı

10:15 - 21 Avqust 2017

Portuqaliya çempionatında 3-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun formasını geyindiyi "Boavişta" səfərdə "Maritimu" ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Emin bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

"Boavişta" geridə qalan turlarda xal qazanmayan yeganə komandadı və 18 klub arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti