Şahin Diniyev: "Bunu heç bir məşqçi istəməz"

Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə “Zirə”yə böyük hesabla (0:3) uduzan “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, Diniyev komandasının oyununun alınmamasına səbəb kimi meydançanın vəziyyətinin yaxşı olmamasını göstərib:

 

"Belə oyundan sonra nəsə demək çətindi. Komanda bu cür meydançada heç nə yarada bilmədi. Oyunumuzda nə sürət vardı, nə də ki, top saxlama var idi. Məcbur olub uzun ötürmələr hesabına nəsə etməyə çalışırdıq. "Zirə" bizə əks-hücumlarda qollar vurdu. Bu gün komandanın oyununda hər şeydən narazı qaldım. Bu, ilk dəfə idi. Futboldu, irəli baxmaq lazımdı. İstəməzdik ki, ev oyunumuzu belə hesabla başa vuraq. Bunu heç bir məşqçi istəməz. Amma həyatın sonu deyil. Qarşıda oyunlar var".

Tarix: 21 Avqust [10:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio