"Qarabağ" Danimarkaya gedir

14:06 - 21 Avqust 2017

Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Kopenhagen”lə qarşılaşacaq “Qarabağ” bu gün Danimarkaya gedəcək.
 
Sportal.az xəbər verir ki, Ağdam klubu saat 18.00-da çarter reysi ilə Kopenhagenə yola düşəcək.
 
Xatırladaq ki, ÇL-in pley-off mərhələsinin "Kopenhagen" - "Qarabağ" oyunu avqustun 23-ü keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçında təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

Xəbər xətti