“Kopenhagen”in futbolçusu: “Qarabağ” mənə “Vardar”ı xatırlatdı”

15:28 - 21 Avqust 2017

“Qarabağ” mənə “Vardar”ı xatırlatdı. Amma bir az daha keyfiyyətli komandadı”.

 

Sportal.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Danimarkanın “Kopenhagen” klubunun serbiyalı futbolçusu Andrija Pavloviç bildirib. O, Azərbaycan çempionunun heyətində individual olaraq çox güclü futbolçular olduğunu söyləyib:

 

“Amma hər komandanın zəif cəhəti var və biz “Qarabağ"ın bu yönlərini tapıb istifadə etməliyik. Bizim ÇL-in qrupuna düşmək üçün yaxşı şansımız var. Yalnız 0:1 uduzmuşuq və elə böyük üstünlük deyil. Əgər biz onlara ilk qolu vursaq, rəqib təzyiq altına düşəcək. Belə halda mərhələ adlamaq asan olacaq.".

 

Pavloviçin fikrincə, "Qarabağ"ın müdafiə xətti elə də güclü deyil: "Sadəcə, Bakıda bir o qədər də təzyiq etmədik. Yarımmüdafiə xətti isə çox güclüdür. Həmçinin, Bakıda stadionda olan möhtəşəm atmosfer onlara yaxşı, bizə pis təsir etdi. Növbəti oyunda daha diqqətli olub, dərin düşünüb oynamalıyıq".

 

Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" matçı avqustun 23-ü, Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.

Xəbər xətti