"Səbail"də gözlənilməz ayrılıq

16:20 - 21 Avqust 2017

"Səbail" bir futbolçusu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, Emin Cəfərquliyev öz istəyi ilə “Səbail”dən ayrılıb. “Səbail” ilə müqaviləsi olan futbolçu Emin Cəfəqrquliyev şəxsi işləri ilə əlaqədar klubdan ayrılmaq istədiyi barədə klub rəhbərliyinə müraciət edib.

 

Futbolçunun müraciəti müsbət qarşılanıb və müqaviləyə xitam verilib. “Səbail” Emin Cəfərquliyevə gələcək karyerasında uğurlar arzulayır.

Xəbər xətti