"Neftçi" tarixinin ən uğursuz startı

Azərbaycan çempionatlarının daimi iştirakçısı olan iki klubdan biri “Neftçi” antirekorda imza atıb. 

 

Sportal.az xəbər verir ki, Bakı klubu mövsümün startında ardıcıl iki məğlubiyyət alıb. Elxan Abdullayevin yetirmələri ilk turda “Qarabağ”a 1:3, ardınca “Səbail”ə 0:1 hesabı ilə uduzub.

 

Bu, “ağ-qaralar”ın Azərbaycan çempionatları tarixində ən uğursuz startıdı. “Neftçi” 26-cı mövsümdü çıxış etdiyi yarışın tarixində startda 2-dən artıq məğlubiyyət almayıb. İndiyədək yalnız 1 dəfə ilk iki oyunu uduzan bakılılar 2008/09 mövsümündəki uğursuzluğu yaşayıb.

 

İkinci dəfə çempionata 2 məğlubiyyətlə başlayan “Neftçi” 9 il əvvəl daha yaxşı top fərqinə malik idi. Həmin vaxt “Neftçi” “Standard” və “Bakı” ilə görüşlərin ikisində də 0:1-ə üzülmüşdü. 3-cü turda isə “ağ-qaralar” “Qəbələ”ni eyni hesabla udub, seriyaya son qoymuşdu. 

Tarix: 21 Avqust [19:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Noyabr 2017
22  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio