"Kopenhagen"in "Qarabağ"a 6 qolla qalib gəldiyi oyun VİDEO

18:34 - 21 Avqust 2017

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” Ağdam klubu ilə hələ 19 il əvvəl – 1998-ci ildə Danimarkada keçirilən oyunun videosunu yayıb. 

 

Sportal.az xəbər verir ki, həmin qarşılaşmada təmilçimiz 0:6 hesabı ilə məğlub olmuşdu. UEFA Kuboklar Kuboku turniri adlanan yarışın birinci mərhələsində “Qarabağ” “Kopenhagen”ə Bakıda 0:4 hesabı ilə yenilmişdi.

 

“Bu dəfə “Qarabağ”a qələbə qazanmaq asan olmayacaq. Bunun üçün sizin dəstəyiniz lazımdır” - deyə saytdakı yazıda bildirilib. 

 

Qeyd edək ki, bu komandaların ötən həftə Bakıda keçirilən qarşılaşmasında isə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. 

 

Xəbər xətti