"Səbail" "Dalğa Arena"da məskunlaşdı

00:13 - 22 Avqust 2017

"Səbail”in ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu, Mərdəkan qəsəbəsində, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena”dır. Komandanın ev oyunlarını keçirməli olduğu Bayıl stadionunda hazırda təmir-bərpa işləri aparılır. "Səbail" "Dalğa Arena"dan Bayıl stadionunda təmir prosesi yekunlaşana və arena oyunlarının keçirilməsinə hazır olana qədər yararlanacaq. 

 

Qeyd edək ki, "Səbail" Azərbaycan Premyer Liqanın ikinci turunda "Neftçi"ni "Dalğa Arena"da qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti