"Neftçi"ni bu vəziyyətdən çıxaran məşqçi lazımdır, ya da onların məqsədlərinə qulluq edən biri"

10:53 - 22 Avqust 2017

"Neftçi" baş məşqçisi Elxan Abdullayevlə yolları ayırıb.

 

Sportal.az-a açıqlamasında agentlər - Erkin İbrahimov və Tural Əsgərov Abdullayevin istefası ilə bağlı danışıblar.

 

Tural Əsgərov: “Elxan Abdullayevin təyinatı səhv addım idi. O, komandaya baş məşqçi təyin olanda da mən bu fikirləri səsləndirmişdim. Abdullayevin təyinatı səhv idi və o, “Neftçi”də böyük işlər görəcək məşqçi deyildi. Ziyanın yarısından qayıtmaq da xeyir hesab edilir. Bunu xeyirə çevirmək üçün növbəti təyinat uğurlu və düzgün olmalıdır. İndiki vaxtda komandaya yerli mütəxəssis gəlməlidir. Dünyanın 1 nömrəli əcnəbi məşqçisinin “Neftçi”də uğur qazanması tapmaca olacaq. Ölkə futbolunu bilən məşqçilərdən biri olmalıdır. Gənc kadrlardan birini seçmək lazımdır. Köhnələrin üzərində seçim etmək yanlış olar. Bu, keçmişə dönüş olacaq. “Neftçi”nin 2-3 seçimi var. Kaxaber Sxadadzeni baş məşqçi postuna namizəd kimi səsləndirənlər var. Mən bunun əleyhinəyəm. Sxadadze böyük məqsədlər üçün deyil. Komanda yarada bilər, amma “Qarabağ” və “Qəbələ”yə başağrı olan klub olacaq. Çempionluq uğrunda mübarizə aparacaq komanda yarada bilməyəcək. Qazaxıstanda da “Kayrat”da çalışanda “Astana” ilə çempionluq uğrunda mübarizə apara bilmədi. Fikrimcə, yerli məşqçi gəlməlidir. “Neftçi” özü də bilir ki, kimi gətirmək lazımdır. Onları bu vəziyyətdən çıxaran məşqçi lazımdır, ya da məqsədlərinə qulluq edən biri. İkinci seçim üçün kim gəlirsə, gəlsin, xeyri olmayacaq, çox fikirləşməyə dəyməz”.

 

Image result for tural əsgərov menecer


Erkin İbrahimov: “Abdullayevin gedişi “Neftçi”yə xeyir verəcək. “Qarabağ”a yenilməyi başa düşmək olar, amma “Səbail”ə uduzmaq olmaz. Yeni məşqçi gəldikdən sonra davamlı nəticə verib-verməyəcəyi sual altındadır. Burada klub rəhbərliyinin də rolu böyük olmalıdır. Onların illik planı olmalıdır. Məşqçini niyə axtarırlar? Mövsümü yola vermək üçün? Ümumuiyyətlə, komandanı ilin sonunda hansı yerdə görmək istəyirlər? Bunları müəyyən etdikdən sonra məşqçi axtarmaq lazımdır. Elə olur ki, bir adam iki məşqçi təklif edir. Ötən mövsümlərdə Əsgər Abdullayev komandanı oktyabr ayında götürmüşdü və uğurlu oyunlardan sonra məğlubiyyətlərə başlamışdı. İş planlı şəkildə getməmişdi. Kim olursa, olsun, komandaya faydalı olsun. Əsas rəhbərlikdir. Klubun məqsədləri, hədəfləri olmalıdır. Plansız məşqçi gətirmək olmaz. Hər məşqçinin öz fəlsəfəsi var. Heç kimə yol göstərən deyiləm. “Neftçi”də 1500 futbol adamı işləyir, fikirləşib qərar versinlər. Təki, yanılmasınlar”.

 

Image may contain: 1 person, sitting

Xəbər xətti