Moldova millisinin sabiq üzvü: "Azərbaycan klubları bunu sübut edir"

13:06 - 22 Avqust 2017

Moldova milli komandasının sabiq futbolçusu Stanislav İvanov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı keçmiş futbolçu sabiq klubu "Şerif"in Avropa Liqasındakı şanslarını dəyərlənirib. Yarımmüdafiəçi Tiraspol klubunun bu turnirin pley-off mərhələsinin ilk matçında səfərdə "Legiya" ilə heç-heçə (1:1) etdiyi oyundan sonra şanslarının olduğunu bildirib:

 

"Artıq Avropada bir çox klublar sürpriz edə bilir. Güclü komandaları mübarizədən kənaraşdırmaq mümkündür. Azərbaycan və Qazaxıstan klubları bunu sübut edirlər. Düşünürəm ki, "Şerif" də bunu bacaracaq. Hər şey mümkündür. Uğur qazanmaq üçün bir neçə təcrübəli futbolçu və ən əsası şans da lazımdır. Düşünürəm ki, "Şerif" Avropa Liqasının qrup mərhələsində çıxış edə biləcək".

 

Qeyd edək ki, "Şerif"i Çempionlar Liqasının III təsnifat mərhələsindən ölkəmizi avrokuboklarda təmsil edən "Qarabağ" kənarlaşdırıb. Moldova komandası Avropa Liqasının pley-off mərhələsində Polşanın "Legiya" komandası ilə ilk oyunda 1:1 hesablı heç-heçə edib.

 

Əlavə edək ki, Stanislav İvanov 2001/12-ci illərdə Moldoa yığmasının üzvü olub. O, 1997/2004 və 2012/13-cü illərdə "Şerif"də çıxış edib.

Xəbər xətti