UEFA-nın saytı "Qarabağ"dan yazdı

13:57 - 22 Avqust 2017

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarından əvvəl yazı dərc edib.

 

Sportal.az xəbər verir ki, qurumun rəsmi saytı “Kopenhagen” - “Qarabağ” cütünüə də yer ayırıb. UEFA-nın saytında Bakıdakı ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan “Qarabağ”ın qrupa vəsiqə qazanmağa şansının çox olduğu vurğulanıb:

 

“Qarabağ” Azərbaycanın Çempionlar Liqasının qrupundakı ilk klubu olmağın bir addımlığındadı. Bu vaxta kimi turnirin əsas mərhələsinə UEFA-nın 55 üzvündən 32-nin təmsilçisi qatılıb”.

 

Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" matçı avqustun 23-də keçiriləvək. İlk matçda təmsilçimiz 1:0 hesablı qələbə əldə edib.

Xəbər xətti