"Kopenhagen"in futbolçusu: "Bunu "Qarabağ"la oyunda da etməliyik"

14:52 - 22 Avqust 2017

"Kopenhagen"in futbolçusu Nikolay Boylesen Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi Danimarka mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, müdafiəçi "Qarabağ"ın əks-hücumlara üstünlük verəcəyini qeyd edib:

 

"Qarabağ”ın əks-hücumlara üstünlük verəcəyini və qol vurmaq üçün imkan axtaracağını düşünürəm. Bacarsalar, biz üç qol vurmalı olacağıq. Ölkə çempionatının son turunda "Sonderyuske” ilə görüşün ilk yarısında bunu bacardıq. Bu, hələlik mövsümdə ən yaxşı oyunumuzdur. Son oyunda digər ev matçları ilə müqayisədə daha çox topla davrandıq, təzyiq etdik və qollar vurduq. Bunu "Qarabağ”la oyunda da etməliyik. Bizi irəli aparacaq qolu vurmalıyıq”.

 

Qeyd edək ki, "Kopenhagen” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 22:45-də  başlayacaq. Bu komandalar arasında ilk görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti