Norveçin baş məşqçisi millimizlə oyun barədə: "Bizim üçün asan olmayacaq"

15:12 - 22 Avqust 2017

Norveç milli komandasının baş məşqçisi Lars Laqerbek açıqlama verib.

 

Sportal.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Norveçin baş məşqçisi Lars Laqerbek yığmamızı yaxşı komanda adlandırıb:

 

“Azərbaycan millisini qiymətləndirməmək düzgün olmaz. Rəqibimiz FİFA-nın reytinqində 60-cı pilləyə qədər irəliləyib. Azərbaycanın yaxşı heyəti var. Heyətlərindəki oyunçuların əksəriyyəti Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığında olan “Qarabağ”da çıxış edir. Bizim üçün asan olmayacaq. Qalib gəlmək məcburiyyətindəyik. Heyətimizdə gənc oyunçular var. Bir çox futbolçumuz oyun praktikasından əziyyət çəkir. Ancaq komandamız yaxşı gələcək vəd edir".

 

Qeyd edək ki, Norveç - Azərbaycan oyunu sentyabrın 1-i, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər xətti