"Milan"dan növbəti transfer

15:40 - 22 Avqust 2017

"Milan" yay transfer pəncərəsində 11-ci futbolçunu heyətinə qatıb.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" "Fiorentina"nın futbolçusu Nikola Kaliniçi heyətinə cəlb edib. 29 yaşlı hücumçu "Milan"da 1 illik icarə əsasında çıxış edəcək. "Milan" Xorvatiya millisinin üzvünü 20 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna da sahibdir.

 

"Milan" icarə haqqı olaraq "Fiorentina"ya 5 milyon avro ödəyib.

Xəbər xətti