"Kəpəz" "Neftçi" üçün başladı

16:08 - 22 Avqust 2017

Azərbaycan Premyer Liqasının üçüncü turunda səfərdə “Neftçi” ilə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlıqlarına başlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” tarixi derbiyə Bakıda hazırlaşır. Komanda məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında keçir.

 

“Kəpəz”in oyundan öncəki son məşqi matçın keçiriləcəyi arenada olacaq. 

Xəbər xətti