Dəniz Yılmazın komandası yeni hücumçu transfer etdi

16:26 - 22 Avqust 2017

Milli komandamızın hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" klubu daha bir futbolçu transfer edib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nəsr" klubunda forma geyinən fransalı hücumçu Jires Kembo Ekokonu heyətinə qatıb. Bu barədə Bursa klubunun rəsmi saytı məlumat yayıb.

 

29 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Bursalıların yeni futbolçusu bu komadada 22 nömrəli formanı geyinəcək.

Xəbər xətti