Budaq Nəsirovun meneceri: "Sportinq"in əsas komandasında oynaması üçün hər şey özündən asılıdı"

17:34 - 22 Avqust 2017

Milli komandamızın və Lissabon "Sportinq"inin yarımmüdafiəçisi Budaq Nəsirovun agenti Vaqif Heydərli Sportal.az saytına açıqlama verib.

 

Heydərli Nəsirovun yeni mövsümdə "Sportinq"in B komandasının heyətində çıxış etməməsinin səbəbini açıqlayıb:

 

"Nəsirov mövsümöncəsi yoxlama matçlarında iştirak edirdi. Çempionatın startına az qalmış yüngül zədə aldı. Həkim müayinəsindən keçən Nəsirova 2 həftəlik istirahət verildi. Sequndanın 3-cü turunda adı iştirak ərizəsinə salınmışdı, lakin "Sportinq" qələbə qazandığı üçün baş məşqçi riskə getməyərək Budağı oyuna daxil etmədi".

 

Menecer Budaq Nəsirovun "Sportinq"dəki gələcəyindən də danışdı:

 

"Nəsirova güvənirlər. Bu səbəbdən yeni müqavilə də imzalanıb. Həftədə 1-2 dəfə əsas komanda ilə məşqlərdə çıxış edir. Nəsirovun əsas komandada oynaması üçün hər şey özündən aslıdır".

Xəbər xətti