"Qarabağ"ın rəqibinə ağır cəza: Azarkeşsiz oynayacaqlar

18:51 - 22 Avqust 2017

Çempionlar Liqasında "Qarabağ"ın üz-üzə gələcəyi "Kopenhagen"ə 150 min kron pul cəzası kəsilib.

 

Sportal.az xəbər verir ki, ölkə çempionatının 4-cü turu çərçivəsində "Bröndbü" səfərinə yollanan "Kopenhagen"in azarkeşləri instendə səbəb olublar. Bu səbəbdən görüşdə uzun müddətli fasilə yaranıb.

 

Beləliklə, komanda cərimədən başqa, sentyabrın 8-də "Midtüllann"la ev qarşılaşmasında azarkeşsiz oynayacaq.

 

Lakin "Kopenhagen"in sahibi olan "Parken" İdman-Əyləncə şirkətinin baş direktoru Anders Hörsholt bildirib ki, cərimə ilə razılaşsalar da, İntizam Komitəsinin qərarından tam razı qalmayıblar və buna görə apellyasiya verəcəklər.

Xəbər xətti