"Volfsburq" müdafiəçi transfer etdi

19:10 - 22 Avqust 2017

“Volfsburq” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi “İnqolştadt”ın müdafiəçisi Marsel Tisseranı heyətinə cəlb edib. Bu barədə məlumatı “canavarlar”ın rəsmi saytı yayıb. 24 yaşlı futbolçu bir illik icarəyə götürülüb.

 

Qeyd edək ki, konqolu futbolçu “İnqolştadt”a ötən il, “Monako”dan 3 milyon avro qarşılığında transfer olunub.

Xəbər xətti