Miçel: "İnanırıq ki, sərfəli nəticə qazanıb bu mərhələni keçəcəyik"

00:00 - 23 Avqust 2017

“Kopenhagen”də hansısa futbolçunu fərqləndirməzdim, komanda halında oynayırlar”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə cavab oyunu üçün təşkil olunan mətbuat konfransında deyib. İspaniyalı yarımmüdafiəçi Danimarka klubunun güclü olduğunu deməklə yanaşı, mərhələ keeçəcəklərinə inandığını bildirib:

 

“Rəqibimiz olduqca güclüdür və Çempionlar Liqasında yetərincə təcrübələri var. Təbii ki, onlar da azarkeşlərinin dəstəyi ilə uğur qazanmağa çalışacaq. Amma biz inanırıq ki, sərfəli nəticə qazanıb bu mərhələni keçəcəyik”. 

Xəbər xətti