"Astana" - "Seltik" matçında "qol yağışı" VİDEO

00:33 - 23 Avqust 2017

Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilir.

 

Sportal.az xəbər verir ki, Qazaxıstanın "Astana" klubu ilk matçda Şotlandiyada 0:5 hesabı ilə uduzduğu "Seltik"i qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyunda meydan sahibləri 4:3 hesablı qələbə qazanıb. Bu nəticədən sonra Brendan Rocersin rəhbərlik etdiyi "Seltik" ÇL-in qrup mərhələsinə yüksəlib. "Astana" isə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.

 

"Astana" - "Seltik" 4:3 (ilk oyun 0:5)

Qollar: Ayer, 26-öz qapısına. Mujikov, 48. Tvumasi, 49; 69 - Sinkleyr, 33. Ntxam, 80. Qriffits, 90.

 

 

Xəbər xətti