"Valensiya"nın futbolçusu "İnter"də

01:18 - 23 Avqust 2017

İtaliyanın “İnter” klubu heyətinə daha bir futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, Milan şəhərinin təmsilçisi İspaniyanın "Valensiya" klubunun müdafiəçisi Juan Kanselunu icarəyə götürüb. 23 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.

 

Portuqaliya millisinin də şərəfini qoruyan Kanselu 2014-cü ildə "Benfika"dan "Valensiya"ya transfer olmuşdu.

Xəbər xətti