Çempionlar Liqasında səbətlər müəyyənləşdi FOTO

UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi üçün torbalar müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, turnirindəki təmsilçimiz “Qarabağ” Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdıracağı halda qrup mərhələsinin püşkü zamanı 4-cü səbətdə yer alacaq.

 

1-ci torba: “Real”, “Bavariya”, “Çelsi”, “Yuventus”, “Benfika”, “Monako”, “Spartak” (Moskva), “Şaxtyor” (Donetsk)

 

2-ci torba: “Barselona”, “Atletiko”. PSJ, “Borussiya” (Dortmund), “Sevilya”, “Mançester Siti”, “Portu”, “Mançester Yunayted”

 

3-cü torba: “Napoli”, “Tottenhem”, “Bazel”, “Olimpiakos”, “Anderlext”, “Roma”, “Beşiktaş”

 

4-cü torba: “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi, “Slaviya” (Çexiya) - APOEL (Kipr) cütünün qalibi, “Styaua” (Rumıniya) - “Sportinq” (Portuqaliya) cütünün qalibi, ÇSKA (Moskva, Rusiya) - “Yanq Boyz” (İsveçrə) cütünün qalibi, “Feyenord”, “Maribor”, “Leypsiq”

 

Qeyri-müəyyənlər: “Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) cütünün qalibi, “Seltik”

 

“Liverpul” "Hoffenhaym" səddini keçsə, "Seltik" 4-cü, Almaniya klubu qrup mərhələsinə vəsiqə qazanacağı halda isə 3-cü səbətdə yer alacaq. "Liverpul" mərhələ adlasa, 3-cü, "Hoffenhaym" qrupa düşsə, 4-cü torbada yer alacaq.

 

No automatic alt text available.

Tarix: 23 Avqust [11:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2017
20  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio