Çempionlar Liqasında rekord göstərici

12:46 - 23 Avqust 2017

Çempionlar Liqasında yeni rekord gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, “Astana” ilə “Seltik” arasında baş tutan ÇL-nin pley-off mərhələsinin oyunları turnirin tarixinə düşüb. Belə ki, indiyə qədər bu mərhələdə iki komandanın duelində qapılara ümumilikdə 12 qol vurulmamışdı. Amma sözügedən kollektivlərin iki oyununda bütövlükdə 12 qol qeydə alınıb. “Seltik” rəqibini ümumilikdə 8:4 (5:0, 3:4) hesabı ilə üstələyib.

 

Bu, Çempionlar Liqasının pley-off mərhələləri tarixində ən məhsuldar qarşılaşma kimi yadda qalıb.

Xəbər xətti