Türkiyəli məşqçi: "Azərbaycan klublarının xəyallarını "Qarabağ" reallaşdıracaq"

16:44 - 23 Avqust 2017

Bu gün tarixinin ən vacib oyununlarından birinə çıxacaq “Qarabağ”ın matçına maraq çox böyükdü.

 

Sportal.az xəbər verir ki, sosial şəbəkələrdə əsas mövzu da məhz budu. Danimarkada “Kopenhagen”in qonağı olacaq təmsilçimiz əgər evdə qazanılan 1:0 hesablı üstünlüyü qoruya bilsə ölkəmizi ÇL-in qrup mərhəəsində təmsil edən ilk komanda olacaq. Sözügedən matça türkiyəli məşqçi Naci Şensoy da fikir bildirib. O, öz “Facebook” səhifəsində bunları yazıb:

 

“Ümid edirəm ki, Azərbaycan klublarının xəyallarını “Qarabağ” reallaşdıracaq və Azərbaycan futbolu tarixində bir ilki bacarıb ÇL-in qruplarına vəsiqə qazanacaq. Qəlbimiz və ruhumuz səninlədir, şanlı “Qarabağ”.

 

Qeyd edək ki, Hazırda Makedoniya “Pelister”ini çalışdıran Şensoy əvvələr müxtəlif dönəmlərdə ölkəmizdə “Turan”ı çalışdırıb. 

 

Xəbər xətti