Təmkin Xəlilzadə: "Bu dəvəti gözləyirdim"

17:01 - 23 Avqust 2017

Azərbaycan millisinin heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə də yığmaya dəvət alıb. Millidə debüt etmək imkanı qazanan müdafiəçi fikirlərini saytımıza açıqlamasında bölüşüb:

 

"Mənim də arzum milliyə dəvət almaq idi. Sözün düzü, bunu gözləyirdim. Buna nail olduğum üçün sevincliyəm. Nəhayət, bu məqsədimə çatdım. Ötən mövsüm də bunun üçün çalışırdım. Millidə özümü yaxşı tərəfdən göstərib, yığmamıza kömək etmək istəyirəm. Hər şey özümdən aslıdı".

 

Xatırladaq ki millimiz sentyabrın 1-də səfərdə Norveç, 4-də isə evdə San Marinonu qəbul edəcək.

Xəbər xətti