"Qarabağ"a qarşı diqqətli olmalıyıq"

17:42 - 23 Avqust 2017

“İlk qarşılaşma çox çətin oldu. Təəsüfflər olsun ki, “Vardar”la qarşılaşmada qırmızı vərəqə aldığım üçün “Qarabağ”a qarşı oynaya bilmədim”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Kopenhagen”in oyunçusu Yan Qrequş deyib. Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün öz meydanında “Qarabağ”ı qəbul edəcək. Oyundan öncə açıqlama verən futbolçu fikirlərini bildirib. O,  “Vardar”la matçda qırmızı vərəqə qaldığı üçün Bakıda meydana çıxa bilmədiyindən ikinci qarşılaşmada oynamaq istədiyini deyib:

 

“Bu gün baş tutacaq görüşdə meydanda olmaq istəyirəm. Bu matç komandamız üçün çox vacibdi. Azarkeşlərin köməyinə həddindən artıq ehtiyacımız var. “Qarabağ” güclü komandadı və onlara qarşı diqqətli olmalıyıq. Bu matçda qələbə qazanmaq komandaya yüksək əhval-ruhiyyə gətirəcək”.

 

Qeyd edək ki, “Kopenhagen” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Xəbər xətti