"Tottenhem" PSJ-nin futbolçusunu transfer etdi

"Tottenhem" transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, London klubu PSJ-nin müdafiəçisi Serje Oryerin transferində razılıq əldə edib. Sağ cinah müdafiəçisi kayl Uolkeri 50 milyon avroya "Mançester Siti"yə satan "Tottenhem" yaranan boşluğu kot-d-ivuarlı futbolçuyla doldurub. Bu transfer üçün PSJ 25 milyona vro təzminat alacaq. Oryerlə 5 illik müqavilə bağlanıb.

 

24 yaşlı müdafiəçi son mövsüm 32 oyuna 5 assist edib.

Tarix: 23 Avqust [18:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2017
20  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio