"Qarabağ"ın rəqibləri müəyyənləşdi YENİLƏNİB

20:52 - 24 Avqust 2017

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatması keçirilib.

 

Sportal.az xəbər verir ki, püşkatmada 32 komanda yer alıb. 22 komanda qruplara birbaşa vəsiqə əldə edib. 10 komanda isə turnirə pley-off mərhələsini adladıqdan sonra qoşulub. Komandalar 4 səbətə bölünəcək və 8 qrup müəyyənləşəcək. Bir komanda öz səbətində yer alan və öz ölkəsini təmsil edən klubla qarşılaşa bilməz.

 

Qrup oyunlarının ilk turu 12-13 sentyabr tarixlərində keçiriləcək. 

 

“Qarabağ” püşkatmada 4-cü səbətdə yer alıb. Komandamız C qrupunda "Çelsi", "Atletiko" və "Roma" klubları ilə mübarizə aparacaq.

 

Çempionlar Liqasının qrup mərhələsinin püşkü:
 

A qrupu

"Benfika" (Portuqaliya)

"Mançester Yunayted" (İngiltərə)

"Bazel" (İsveçrə)

MOİK (Moskva, Rusiya)


B qrupu

"Bavariya" (Almaniya)

PSJ (Fransa)

"Anderlext" (Belçika)

"Seltik" "(şotlandiya)


C qrupu

"Çelsi" (İngiltərə)

"Atletiko" (İspaniya)

"Roma" (İtaliya)

"Qarabağ" (Azərbaycan)

 

F qrupu 

"Şaxtyor" (Ukrayna)

"Mançester Siti" (İngiltərə)

"Napoli" (İtaliya)

"Feyenoord" (Hollandiya)

 

E qrupu

"Spartak" (Moskva, Rusiya)

"Sevilya" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Maribor" (Sloveniya)


G qrupu

"Monako" (Fransa)

"Portu" (Portuqaliya)

"Beşiktaş" (Türkiyə)

"Leyptsiq" (Almaniya)


D qrupu 

"Yuventus" (İtaliya)

"Barselona" (İspaniya)

"Olimpiakos" (Yunanıstan)

"Sportinq" (Portuqaliya)


H qrupu

"Real" (İspaniya)

"Borussiya" (Dortmund, Almaniya)

"Tottenhem" (İngiltərə)

APOEL (Kipr)

Xəbər xətti