Ndlovu: "Qrup mərhələsi haqda danışa bilmərəm, "Qəbələ" ilə oyuna hazırlaşacam"

10:52 - 24 Avqust 2017

“Biz qrup mərhələsini arzu edirdik. Çox çətin oyun oldu"

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarbağ"ın hücumçusu Dino Ndlovu söyləyib. Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kopenhagen” mübarizədən kənarlaşdırıb. Qurban Qurbanovun komandası bu gün səhər saatlarına ölkəmizə qayıdıb.

 

Hava limanında Dino Ndlovu saytımızın əməkdaşına açıqlama verib:

 

"Azarkeşlər bizə inanırdı. Mənim üçün tarixi oyunda qol vurmaq böyük xoşbəxtlik oldu. Güclü komandalar qarşılaşmaq xoş olacaq".

 

Ndlovu "Qrup mərhələsində hansı rəqiblə qarşılaşmaq istəyərsiniz?" sualına belə cavab verib:

 

"Komandaların fərqi yoxdu. Hamısı güclü klublardır. Qrup mərhələsində əlimizdən gələni edəcəyik. Rəqiblər müəyyənləşmədiyi üçün şanslar barədə danışa bilmərəm. İndi fikrimizi ölkə çempionatına da cəmləməliyik. Mən "Qəbələ" ilə oyuna hazırlaşacam”.

Xəbər xətti