"Neftçi" "Kəpəz"lə matça yeni forma ilə çıxacaq VİDEO

"Neftçi” komandası "Kəpəz”lə keçirəcəyi Azərbaycan Premyer Liqasının III tur qarşılaşmasına yeni geyim dəstində çıxacaq.
 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, klubun texniki tərəfdaşının hazırladığı formanın dizaynı xüsusi konseptə uyğun seçilib. Üslub klubun unikal tarixini özündə əks etdirir və "90-cı illərə dönüş” adlanır.

 

1997-ci ildə klubun emblemi dəyişdiriləndən sonra "Neftçi” bir neçə mövsüm ərzində sarı-qara rəngli formada çıxış etdi. 1999-cu ildə komanda mərhum Əhməd Ələsgərovun rəhbərliyi altında Azərbaycan kubokunun finalında "Şəmkir”i məğlub edib bu titula yiyələndi. "Neftçi” tarixinin ən böyükhesablı qələbəsi – Qusar "Şahdağ”ı üzərində qazanılan 11:0 hesablı qalibiyyət də məhz bu ildə qeydə alınıb. 2017/2018 mövsümündə "Neftçi”nin istifadə edəcəyi 3-сü – alternativ – sarı-qara forma da rəngləri və dizaynı ilə həmin mövsüm komandanın geyindiyi əsas oyun dəstlərini xatırladır.

 

Bu formadan "Neftçi" əsasən ölkə kuboku oyunlarında yararlanacaq. Debüt isə 1990-cı illərdə "Neftçi” ilə birgə hər mövsüm çempionluq mübarizəsi aparmış "Kəpəz”lə əzəli qarşıdurmada reallaşacaq.

Tarix: 24 Avqust [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio