Qurban Qurbanov: "Aprel döyüşləri bizə böyük motivasiya oldu"

17:59 - 24 Avqust 2017

"Aprel döyüşlərindən sonra komanda da əlavə bir ruh yarandı. Bizim bütün legionerlərimiz, futbolçularımız bir daha Qarabağı daha yaxından tanıdılar. bizim dövlətimizin mərdliyini onlar gördü, bizə böyük motivasiya oldu".

 

Sportal.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyevlə görüşdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

45 yaşlı mütəxəsssis builki uğurları da aprel döyüşləri ilə bağlayıb: "Həmin döyüşlər builki uğurlarımızda da çox böyük addım oldu. Əsgərlərimiz  bizləri qoruyursa, bizim üzərimizə düşən vəzifə onlarınkından daha asandır. Biz də çalışırıq ki, bunu ləyaqətlə yerinə yetirək".

 

Qurbanov prezidentə diqqətinə görə təşəkkür edib: "Çox şadam ki, futbola bu cür diqqət göstərirsiz, istəyirsiz ki, futbolumuz daha da inkişaf etsin". 

Xəbər xətti