Totti: "Rəqiblər "Roma"ya qarşı asan oynamayacaqlar"

00:59 - 25 Avqust 2017

"Roma ilə qarşılaşmaq "Atletiko", "Çelsi" və "Qarabağ"a asan olmayacaq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Roma"nın əfsanəvi futbolçusu Françesko Totti söyləyib. "Roma" klubunun direktoru sabiq klubunun Çempionlar Liqasındakı rəqibləri barədə danışıb. Onun sözlərinə görə, qrupdakı komandalar çətin rəqiblərdir:

 

"Etiraf edək ki, güclü qrupdur. Avropanın ən yaxşı komandalarının yer aldığı qrupdan bəhs edirik. Amma o komandaların oyunu "Roma"ya qarşı asan keçməyəcək. Dieqo Simeone və Antonio Konte kimi təcrübəli məşqçilərin çalışdırdığı komandalara qarşı mübarizə aparacağıq".

Xəbər xətti