Adebayorla 3 illik müqavilə imzalandı

14:28 - 25 Avqust 2017

“Başakşəhər” hücumçusu Emmanuel Adebayor ilə müqaviləsinin müddətini artırıb.

 

Sportal.az xəbər verir ki, toqolu oyunçu ilə 2020-ci ilə yeni müqavilə imzalanıb. Bu haqda məlumatı klubun rəsmi saytı yayıb. Onun əvvəlki anlaşmasının vaxtı gələn ilin mayında başa çatırdı.

 

Qeyd edək ki, “Arsenal”, “Mançester Siti”, “Real” kimi klubların şərəfini qoruyan hücumçu bu ilin əvvəlində istanbullulara qoşulub. 

Xəbər xətti