"Atletiko" "Qarabağ"ı təbrik etdi

14:46 - 25 Avqust 2017

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alan Madrid “Atletiko”su Ağdam təmsilçisini təbrik edib.

 

Sportal.az xəbər verir ki, ispanlar “twitter" səhifəsində ilk dəfə ÇL-in qrup mərhələsinə yüksələn “Qarabağ”a təbrik mesajı göndərib:

 

“İlk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyiniz üçün sizi təbrik edirik. Biz yenidən Azərbaycanın paytaxtı Bakıya gedəcəyimiz üçün şadıq".

 

Bir neçə il əvvəl "Bakı" klubu ilə əməkdaşlıq etmiş “Atletiko” 2013-cü ildə paytaxtımızda olub.

 

Qeyd edək ki, “Qarabağ” ÇL-də “Atletiko”, “Çelsi” və “Roma” ilə eyni qrupda mübarizə aparacaq.

Xəbər xətti