Türk nazir "Qarabağ"ı təbrik etdi

15:31 - 25 Avqust 2017

"Qarabağ"ın tarixi uğuru Türkiyənin də gündəmindədi.

 

Sportal.az xəbər verir ki, bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu da təmsilçimizi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. O, öz "twitter" səhifəsində Ağdam təmsilçisinə təbrik ünvanlayıb:

 

"Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrupuna düşərək tarix yazan "Qarabağ" futbol komandasını təbrik edirəm".

Xəbər xətti