Samir Əliyev: "Futbolçuların ustalıq səviyyəsi zəifdi"

20:15 - 25 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Səbail" səfərdə "İnter"in qonağı olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında "Səbail"in baş məşqçisi Samir Əliyev jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq "Qarabağ"ı ÇL-in qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib:

 

- "Səbail"in adından "Qarabağ"ı Çempionlar Liqasının təbrik edirəm, onlara uğurlar arzu edirəm. Oyuna gəlincə, məğlub olmalı oyun deyildi. Biz "İnter"dən üstün oynadıq.

 

- Vüqar Nadirova nə yedizdirmək lazımdır ki, ötürmə də versin?
- 30 yaşından sonra heç nə. Tək Vüqar yox, taktika ilə bağlı bütün futbolçuların üzərində çox işləyirik. Amma hələ ki, istədiyimizi ala bilmirik.

 

- "Səbail" yaxşı futbol oynamağa çalışır. Bəs oyununuzda çatışmayan nədi?
- Futbolçuların ustalıq səviyyəsi zəifdi. Baxımlı futbol sərgiləməyə çalışırıq. Sadəcə, nəticə çatışmır. Nəticə vacibdi. Bugünkü oyuna görə heç bir futbolçudan narazılığım yoxdu. Oyundan sontra hamısına təşəkkür etdim.

Xəbər xətti