Əmrə Bəlözoğlu yenidən Türkiyə millisində

00:00 - 26 Avqust 2017

Türkiyə milli komandasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Ukrayna və Xorvatiyaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, komandanın baş Mirça Luçesku uzun müddətdir ki, yığmadan kənarda qalan Əmrə Belözoğlunu da milliyə dəvət edib. "Başakşehir"in futbolçusu 2014-cü ildən Türkiyə millisinə dəvət almırdı. Bundan əlavə, rumıniyalı mütəxssisin sərəncamında "Barselona"nın futbolçusu Arda Turan da yer alıb. Təcrübəli çalışdırıcı "Beşiktaş"ın futbolçusu Oğuzhan Özyaquba dəvət göndərməyib.

 

Xəbər xətti