Antonie Konte püşkü dəyərləndirdi

00:30 - 26 Avqust 2017

“Çətin qrupa düşmüşük. Rəqiblərimiz ciddi komandalardır”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte söyləyib. İtaliyalı mütəxəssis Çempionlar Liqasında yer aldıqları qrup barədə danışıb. Onun sözlərinə görə, "Roma", "Atletiko" və təmsilçimiz "Qarabağ"ın yer aldığı qrupda güclü komandalar yer alıb:

 

"Adları çəkilən komandalar güclüdür. Heç bir oyun rahat olmayacaq. "Atletiko" və "Roma" ilə çox çətin mübarizə aparmalı olacağıq. Onu da yaxşı bilirəm ki, Azərbaycana uzun məsafə qət etməli olacağıq və bu da bizə çətinlik yaradacaq”.

 

Qeyd edək ki, "Qarabağ" qrupda ilk matçını Londonda "Çelsi"yə qarşı keçirəcək.

Xəbər xətti