Renat Dadaşov Almaniyada növbəti qolunu vurdu

11:33 - 26 Avqust 2017

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Almaniyanın "Anytraxt" klubunun heyətində növbəti matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, milimizin üzvü Gənclər arasında təşkil olunan Bundesliqanın Cənub zonasında "Hoffenhaym"la səfər matçının iştirakçısı olub. 1-ci turdan təxirə salınmış oyunda Frankfurt təmsilçisi 1:3 hesabı ilə məğlub olub.

 

Dadaşov bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb. Komandasının yeganə qolunun müəllifi də Renat olub. Belə ki, 28-ci dəqiqədə hesabı açan futbolçumuzun komandası sonradan 3 top buraxmaqla meydanı məğlub tərk edib.

 

Qeyd edək ki, "Ayntraxt" hazırda 3 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti