Tərlan Quliyev: "Adam belə vəziyyətdə özünü pis hiss edir" MÜSAHİBƏ

"İnter"in müdafiəçisi Tərlan Quliyev Azərbaycan Premyer Liqasının III turunda "Səbail" üzərində 1:0 hesablı qələbədən sonra müsahibə verib.

 

Sportal.az xəbər verir ki, matçda qırmızı vərəqə alan millimizin müdafiəçisi jurnalistlərin suallarını cavablandırıb. 

 

- Oyun barədə nə deyə bilərsən?

- Çətin olacağını əvvəlcədən bilirdik. Bizim üçün ümumiyyətlə, bütün qarşılaşmalar ağır olmalıdı. Vəziyyətimiz göz önündədi. Komandada heyətin yarısı zədəlidi və bu halda belə oynayırlar. Sadəcə. oynamağa məcburuq.

 

- Qırmızı vərəqə epizodu ilə bağlı nə deyə bilərsən?
- İkinci epizodda sarı vermək olardı. Ancaq ilk epizodda bunu etmək lazım deyildi.

 

- Komanda 10 nəfərlə qalanda fikirləşmədin ki, qol buraxa bilərsiz, "Səbail" son dəqiqələrdə hesabı bərabərləşdirə bilər?

- Əlbəttə ki, adam belə vəziyyətdə özünü pis hiss edir. Komanda 10 nəfərlə oturub arxada əziyyət çəkir.  Nə var - nə var komanda mənim ucbatımdan çətinə düşdü. Yəni adam elə fikirləşir. Bu vəziyyət hamının başına gələ bilər. Əsas 3 xal idi, şükürlər olsun ki, onu da qazandıq. "Kəpəz"lə qarşıdan gələn oyunu fikirləşirik. O da ağır matç olacaq. Özü də Yevlaxda.

 

- Ümumiyyətlə komandada yaxşıya doğru bir şey baş verdi?

- İnşallah, hər şey yaxşı olmalıdı. Gözləyirik biz də.

Tarix: 26 Avqust [12:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio